Birinci vitse-prezident Mehriban Əliyeva Sumqayıtda baş vermiş yanğının söndürülməsində iştirak etmiş dövlət qurumları əməkdaşlarına dərin minnətdarlığını bildirib
Bakı, 29 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Sumqayıtda baş vermiş yanğının söndürülməsi iştirak etmiş dövlət qurumları əməkdaşlarına dərin minnətdarlığını bildirib.
AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş yanğının söndürülməsi və nəticələrinin aradan qaldırılmasında iştirak etmiş dövlət qurumları əməkdaşlarının peşəkarlığı ilə fəxr edir və onlara dərin minnətdarlığımı bildirirəm”.
Laçın rayonunun Zabux kəndində aparılan tikinti işləri ilə tanışlıq VİDEO
Prezident İlham Əliyev “Laçın” şəhər yarımstansiyasının açılışını edib VİDEO
Prezident İlham Əliyev Laçın şəhərində Aqro və Sənaye Parkında görülən işlərlə tanış olub VİDEO
Prezident İlham Əliyev Laçın rayonunun Şəlvə kəndinin təməlini qoyub VİDEO