×
A
A
A
Sazlamalar

Fındıq süd vəzi və prostat xərçəngi riskini azaldır

Bakı, 28 aprel, AZƏRTAC
Fındıq tərkibindəki bol miqdarda lif, protein, karbohidrat, antioksidantlar, B vitamini, dəmir və maqnezium kimi minerallar səbəbindən sağlığımız üçün bir xəzinədir. O, çiy halda yeyilərsə, qida dəyərindən daha çox faydalıdır. Qovurulma müddəti artdıqca qida dəyəri də azalır. Tərkibindəki yağlar yanır və insan hüceyrələrinə zərər verəcək sərbəst radikallara çevrilir. Qovurulmamış fındıqlar, qovurulmuş fındıqlara nisbətən 2 qat faydalıdır.
E vitamini cəhətdən zəngin olan fındıq qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq anemiya riskini azaldır. Tərkibindəki B6 vitamini sinir sisteminin sağlam bir şəkildə öz funksiyasını yerinə yetirməsini təmin edir.
Fındıqdakı flavonoidlər insanın özünü daha gümrah hiss etməsinə kömək edir. Protein və yüksək yağ miqdarı səbəbindən toxluq hissini artırır, bu da normadan artıq yeməyin qarşısını alır. Lakin normadan artıq fındıq istehlak etmək çəki artıra bilər. 25 qram fındıq 150 kaloriyə bərabərdir. Bu meyvə şəkər xəstəliyindən əziyyət çəkənlərdə qlükoza dəyərini sabitləşdirir.
Ürək sağlamlığını qoruyan yağlarla zəngindir. Müntəzəm olaraq fındıq yeyilməsi xolestrolu 27 faiz aşağı salır.
Xərçəngli hüceyrələrin inkişafının qarşısını aldığı düşünülən fındıq, orqanizmdəki pis niyyətli hüceyrələri yox etməyə kömək edir. Fındıqda olan beta-sitosterol süd vəzi və prostat xərçəngi riskini azaldır.
Yüksək lif tərkibi səbəbindən bağırsaq sağlamlığına faydalıdır. Lif bağırsaqları aktiv hala gətirib, həzm sistemini asanlaşdırır. Eyni zamanda tərkibindəki maqnezium əzələləri gücləndirir.

Sağlamlıq klubu 2022-04-28 15:28:00