×
A
A
A
Sazlamalar

Nazir: IT sahəsində çalışan kiçik və orta sahibkarlıq subyektləri üçün müvafiq qaydalar hazırlanır

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycanda informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən kiçik və orta sahibkarlıq subyektlərinin bəhrələnəcəyi müvafiq qanunvericilik sənədi hazırlanır.
AZƏRTAC xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev deyib.
Nazir bildirib ki, hazırda sənəd Nazirlər Kabineti və müvafiq nazirlər səviyyəsində müzakirədədir. Həmin sənədin qəbul edilməsi ölkədə kiçik və orta sahibkarlığın, xüsusilə də IT sahəsində sahibkarlığın inkişafı üçün böyük təkanverici qüvvə olacaq.

İKT 2022-04-28 12:40:00