Bulud əsaslı intellektual elektron kitabxanaların yaradılması prinsipləri təhlil olunub
Bakı, 26 aprel, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn elmi seminarında bulud əsaslı intellektual elektron kitabxanaların yaradılması prinsipləri təhlil olunub.
Bu barədə AZƏRTAC-a akademiyadan məlumat verilib.
İnstitutun əməkdaşı Dilbər Əlizadə “Bulud əsaslı intellektual elektron kitabxanaların yaradılması prinsipləri” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, bulud texnologiyaları böyük miqyaslı tətbiqləri yerləşdirə bilən perspektivli infrastrukturdur. Bulud hesablama istifadəçilərə məlumatların saxlanılması, emalı və digər imkanlar verir. İstifadəçilərin müxtəlif resurslara və məlumatlara müraciəti rahat interfeys vasitəsilə təmin olunur. Hazırda bir çox sənəd və məlumatlar rəqəmsallaşdırılıb və “bulud”larda saxlanılıb. Ötən əsrin ortalarında e-kitabxanalarda informasiya floppi disklərdə saxlanıldığı üçün böyükhəcmli məlumatların arxivləşdirilməsi mümkün olmayıb. Təklif olunan modeldə həm ümumi bulud, həm də ayrı-ayrı istifadəçilər üçün bulud yaradılması nəzərdə tutulub. Hər bir istifadəçi kompüterində saxladığı informasiyanı buluda yükləməklə digər kitabxana istifadəçilərinin də həmin informasiyadan istifadəsini təmin edə bilər.
Sonra o, vurğulayıb ki, son dövrlərdə kibercinayətkarlıq, fərdi məlumatlara icazəsiz giriş, plagiatlıq hallarının artması e-kitabxana mühitində də fərdi məlumatların qorunmasını zəruri edən amillərdəndir.
Daha sonra tədqiqatçı seminar iştirakçılarının suallarını cavablandırıb.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib