Artilleriya bölmələrində ön müşahidə üzrə hazırlıq kursu keçirilir VİDEO
Bakı, 26 aprel, AZƏRTAC
Cari il döyüş hazırlığı planına uyğun olaraq raket və artilleriya bölmələrində atəş-dəstək qrup komandirləri ilə ön müşahidə üzrə hazırlıq kursu keçirilməsi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi qulluqçular silahlanmada olan müasir artilleriya müşahidə cihazlarının taktiki-texniki xüsusiyyətlərini, onlardan istifadə qaydalarını öyrənir. Bundan başqa, artilleriya kəşfiyyatçıları optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, eləcə də atəşin idarəedilməsi üzrə digər mövzularda praktiki bacarıqlarını təkmilləşdirirlər.
Nəzəri məşğələlərin sonunda artilleriyaçılarımız təyin olunan şərti düşmən hədəflərinə atəş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetiriblər.
Türkiyənin Milli Müdafiə Universitetində Azərbaycanın hərbi qulluqçularına diplomlar təqdim edilib
Ankarada azərbaycanlı hərbi feldşerlərə diplomlar təqdim olunub
Komandoların döyüş hazırlığına xüsusi diqqət yetirilir VİDEO
Ankarada Azərbaycanın hərbçi həkimlərinə rütbə və diplomlar təqdim olunub
Azərbaycan ilə Latviya arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub