Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
Bakı, 25 aprel, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı aprelin 28-də Hacıqabul, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonu və Şirvan şəhərindən olan vətəndaşları qəbul edəcək.
Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, qəbul Hacıqabul rayon Heydər Əliyev Mərkəzində (İsmət Qayıbov küçəsi, 7) saat 11:00-da keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlardan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
Əlaqə vasitələri: (070) 220-00-20; (021) 215 21 30; [email protected] ; [email protected] .
İƏT konfransının iştirakçıları Heydər məscidini ziyarət ediblər
Amil Cavadov: Azərbaycandakı dövlət-din münasibətləri unikallığı ilə dünyada örnəkdir
Telman İsa: Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib