×
A
A
A
Sazlamalar

Yuxusuzluğa qarşı təbii vasitələr

Bakı, 23 aprel, AZƏRTAC
Yuxu ilə bağlı problemlər həyatın keyfiyyətinə və ümumilikdə sağlamlığa ciddi təsir edir. Çox sayda yan təsirlərə malik olan yuxu dərmanlarına müraciət etməzdən əvvəl bəzi təbii vasitələri sınaqdan keçirmək olar.
AZƏRTAC “MedikForum”a istinadla bu vasitələrdən bəhs edir.
İlıq süd. Bir fincan ilıq süd yuxuya getməyə kömək edə bilər. Adəti üzrə hesab edilir ki, südün tərkibində yuxu və sakitləşmə ilə əlaqəli olan iki maddə: melatonin hormonu və triptofan aminturşusu var. Lakin tədqiqatçılar bildirirlər ki, bir stəkan süddə olan triptofanın miqdarı yuxu effektini hiss etmək üçün çox azdır. Bir stəkan ilıq süd birbaşa yuxu gətirə bilməsədə, o, rahatlaşıb daha yaxşı yuxuya getməyə kömək edən ana, ev və uşaqlıq dövri barədə xoş xatirələrə səbəb olur.
Çobanyastığı çayı. Əsrlər boyu çobanyastığı çayı rahatlayıcı vasitə kimi istifadə olunub. O, əzələ gərginliyini azaltmağa, həzmi yaxşılaşdırmağa və narahatçılığı aradan qaldırmağa kömək edə bilər — bütün bunlar yuxuya qərq edir. Tam effekti almaq üçün iki və ya üç çay paketindən istifadə edin. Bu çayı axşam yeməyindən sonra için, lakin birbaşa yuxuya getməzdən əvvəl deyil, əks halda bu çay sizin gecənin bir yarısında yuxudan oyanmağa səbəb ola bilər.
Lavanda yağı ilə vanna. Bəzi ekspertlərin sözlərinə görə, lavanda yağı ilə isti vanna yuxudan əvvəl bədəni və beyni sakitləşdirməyə, yuxunu yaxşılaşdırmağa kömək edəcək. “Explore” jurnalında dərc edilmiş tədqiqat, həmçinin göstərib ki, yuxudan əvvəl lavanda ətirli plastırla nəfəs almaq gecə yuxusunu yaxşılaşdıra və gün ərzində enerjini artıra bilər. Orta yaşlı qadınlarda və ürək xəstəlikləri olan insanlarda aparılan bəzi tədqiqatlar, həmçinin göstərib ki, lavanda yuxunun keyfiyyətini artırır. Tədqiqatçılar bunu lavandanın orqanizmə rahatlayıcı təsiri ilə əlaqələndirirlər.
Meditasiya. Meditasiya texnikaları yuxu ilə problemi olan insanlarda möcüzələr yarada bilər. Tədqiqatlar göstərib ki, meditasiya yuxu vaxtını artıra, onun keyfiyyətini yaxşılaşdıra və yuxuya getməyi yüngülləşdirə bilər. Bunu sınamaq səhv olmaz, çünki meditasiyanın əlaqəli riskləri və ya yan təsirləri mövcud deyil. Beləliklə, əgər siz yaxşı mənada yuxu almaq istəyirsinizsə, yuxudan 30 dəqiqə əvvəl bütün elektrik cihazları söndürün və sakit musiqi və ya dərin nəfəs almaqda diqqətinizi cəmləyərək sakitcə oturun. Əgər siz gecə vaxtı tez-tez oyanırsınızsa, ekspertlər yenidən yuxuya getmək üçün 10-15 dəqiqəlik meditasiya sessiyasını təcrübədən keçirməyi məsləhət görürlər.

Sağlamlıq klubu 2022-04-23 17:32:00