Məlahət Abbasova: Vətəndə yaşamasaq da, dövlətimizin, xalqımızın sadiq əsgərləriyik
Bakı, 23 aprel, AZƏRTAC
Şuşaya ilk dəfədir gəlirəm. Mənim anam əslən Cəbrayıl rayonundandır. Birinci Qarabağ müharibəsində bibim oğlu, İkinci Qarabağ müharibəsində isə 4 qohumum şəhid olub. Biz nəsil olaraq hər zaman dövlətimizə, xalqımıza xidmət etməyimizlə fəxr etmişik.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Dünya Azərbaycanlılarının V Qurultayında iştirak edən Azərbaycanın Əməkdar incəsənət xadimi, İstanbul Şəhər Teatrlarının direktor müavini, aktrisa-rejissor Məlahət Abbasova deyib.
O qeyd edib ki, Türkiyədə yaşamasına baxmayaraq, qəlbində hər zaman Qarabağ yarası olub. “Artıq bu acı, bu yara sağalıb. Müzəffər Ali Baş Komandanımızın, Ordumuzun sayəsində Qarabağımız işğaldan azad edilib. Mən hər zaman inanırdım ki, işğala son qoyulacaq və mən mütləq Şuşaya, Cəbrayıla gedəcəyəm”, - deyən M.Abbasova Dünya Azərbaycanlılarının V Qurultayında iştirak etməyindən çox xoşbəxt olduğunu bildirib. O deyib: “Biz Vətən müharibəsi zamanı xaricdə çoxsaylı mitinqlər keçirdik. Xaricdə yaşayan bütün azərbaycanlılar, o cümlədən mən “dəmir yumruğun” parçalarıyıq. Biz Vətəndə yaşamasaq da, dövlətimizin, xalqımızın sadiq əsgərləriyik”.
Azərbaycan-İsrail əməkdaşlığı və gələcək layihələr ətrafında müzakirələr aparılıb
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İsraildə müxtəlif tədbirlərdə iştirak edib
Kaliforniya ştatının San Xose şəhərində Azərbaycan bayrağı ucaldılıb
Brüssel Azərbaycan Evində icma üzvlərimizlə görüş olub
Azərbaycanın Müstəqillik Günü Avstraliyanın Brisben şəhərində qeyd edilib