×
A
A
A
Sazlamalar

Emin Əmrullayev: Məktəblərdə hər 6 şagirdə bir kompüter düşəcək

Bakı, 22 aprel, AZƏRTAC

Ötən il və bu il, həmçinin növbəti 3 il ərzində məktəblərə kompüterlərin verilməsi nəticəsində hər 6 uşağa 1 kompüter nisbətinə gəlib çatacağıq.
AZƏRTAC xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimat mərasimində deyib.
O bildirib ki, rəqəmsallaşma sahəsində bundan sonra məzmun baxımından daha böyük işlər görüləcək.

İKT 2022-04-22 19:02:00