×
A
A
A
Sazlamalar

Azərbaycan Kibetəhlükəsizlik Təşkilatları Assosiasiyasının təqdimatı olub

Bakı, 22 aprel, AZƏRTAC

Aprelin 22-də Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təqdimat mərasimi keçirilir.
AZƏRTAC xəbər verir ki, kibertəhlükəsizlik sahəsindəki fəaliyyətlərin zəruriliyini nəzərə alaraq bu il fevralın 22-də informasiya kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik istiqamətində fəaliyyət göstərən təşkilatların, həmçinin mütəxəssislərin vahid platforması olan AKTA təsis edilib.
Azərbaycanda IT və kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən şirkətlər, təşkilatlar və mütəxəssisləri vahid platformada birləşdirməyi hədəfləyən Assosiasiyanın əsas məqsədləri Azərbaycanda kibertəhlükəsizlik mühitinin gücləndirilməsi və təmini sahəsində həyata keçirilən tədbirlərin koordinasiyası və ölkədə bu sahənin inkişafına dəstək verilməsidir.

İKT 2022-04-22 17:27:00