® “Bakcell”dən Şuşada pulsuz “Wi-Fi”
“Bakcell” şirkəti Şuşada pulsuz Wi-Fi xidmətini istifadəyə verib. İndi Bakcell abunəçiləri Şuşanın Cıdır düzü, Qarabağ oteli və Şuşa TV stansiyası ərazilərində bu xidmətdən yararlana bilərlər.
Həyata keçirilən quruculuq və bərpa işləri ilə əlaqədar hər gün daha çox insanın Şuşaya səfər etdiyini və şəhərdə məskunlaşdığını nəzərə alan “Bakcell” “Şuşa İli” tədbirləri çərçivəsində burada öz abunəçilərinə daha üstün xidmət təqdim edir.
2021-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə “Ookla®” tərəfindən “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb.
“Bakcell” Azərbaycanın ən sürətli mobil operatoru standartını Qarabağda qurulan şəbəkəsinə də tətbiq etməkdədir.
“Azərkosmos” gələn il fevralda keçiriləcək “Beynəlxalq Kosmik Konvensiya 2024”də iştirak edəcək
Ölkənin informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair Strategiyası təsdiq olunub - SƏRƏNCAM
Azərbaycan “Digitalisation and Channel Awards 2023” mükafatlandırılma mərasimində təmsil olunacaq
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb