×
A
A
A
Sazlamalar

Elmi seminar: “Cisco” şirkətinin rəqəmsal şəbəkə arxitekturu

Bakı, 22 aprel, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Cisco” şirkətinin rəqəmsal şəbəkə arxitekturu” mövzusunda həsr olunmuş onlayn elmi seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, baş mütəxəssis Orxan Mənsimzadə “Cisco” şirkətinin təqdim etdiyi rəqəmsal şəbəkə arxitekurunun (RŞA) sürətli və çevik şəbəkə xidmətlərini asanlaşdırmaq üçün hazırlandığını diqqətə çatdırıb. RŞA-nın tam proqramlaşdırıla bilən və innovasiyalara açıq olan şəbəkə infrastrukturu olduğunu qeyd edən məruzəçi deyib ki, bu arxitekturun nəzarətçisi şəbəkə xidmətlərinin sadə, avtomatlaşdırılmış və planlı şəkildə yerləşdirilməsini asanlaşdırır. O, həmçinin “Cisco” RŞA-nın əsas üstünlüklərindən bəhs edərək şəbəkəyə qoşulan kompüter olmayan cihazların artımı, işçilər tərəfindən kənardan gətirilən cihazların təhlükəsizlik məsələləri, multimedia və videogörüşlərin çoxalması, IP-trafik həcminin artması, eləcə də rəqəmsal proqram təminatının iş sürətinin artırılması kimi amillərin onun aktuallığını şərtləndirdiyini bildirib.
O.Mənsimzadə “Cisco RŞA Center”in imkanlarından danışıb. Məruzəçi bu mərkəzin şəbəkəni idarə etməyə və informasiya texnologiyaları xərclərini azaltmağa imkan verən güclü şəbəkə nəzarətçisi və idarəetmə paneli olduğunu vurğulayıb.
Daha sonra məruzəçi seminar iştirakçılarının suallarını cavablandırıb.

Texnologiya 2022-04-22 16:49:00