Süni intellektə əsaslanan jurnalistikada fərdi məlumatların mühafizəsi məsələləri araşdırılır
Bakı, 21 aprel, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda Multimedia Texnologiyaları Mərkəzinin növbəti onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda baş mütəxəssis Sünbül Zalova “Süni intellektə əsaslanan jurnalistikada fərdi məlumatların mühafizəsi” mövzusunda çıxış edib.
Məruzəçi bildirib ki, texnologiyanın sürətli inkişafı ilə əlaqədar fərdi məlumatların mühafizəsi getdikcə çətinləşir. Texnoloji yeniliklərin - pilotsuz uçuş aparatları, robotexnika, süni intellekt və s. meydana gəlməsi şəxsi məlumatların yayılmasını və onların kənar şəxslər tərəfindən ələ keçirilməsini asanlaşdırır.
Tədqiqatçı qeyd edib ki, süni intellekt fərdi məlumatların təhlükəsizliyi, xəbərlərdə şəffaflıq və hesabatlılıq məsələləri daxil olmaqla informasiya təhlükəsizliyində böyük imkanlara malikdir. Süni intellekt jurnalistikası jurnalistlərdən yeni texnologiyalardan istifadə bacarığı və maddi imkanlar tələb edir. Bu jurnalistikaya böyük maliyyə dəstəyi olmalıdır. İqtisadi çətinliyi olan ölkələrdə onun geniş tətbiqi mümkünsüzdür.
Sonra dron jurnalistikası haqqında söhbət açan məruzəçi süni intellektə əsaslanan bu sahədə informasiya təhlükəsizliyini təmin etmək üçün müxtəlif qaydalar olduğunu vurğulayıb.
Tədqiqatçı müvafiq sahədə yaranan bəzi çatışmazlıqlardan da bəhs edib. Onun sözlərinə görə, gələcəkdə süni intellektə yeni funksiyalar əlavə edilərsə, robot jurnalistlərin tənqid və təhlil bacarıqları da formalaşa bilər.
Daha sonra S.Zalova seminar iştirakçılarının suallarını cavablandırıb.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib