×
A
A
A
Sazlamalar

M.A.Əfəndiyevə və Q.N.Mürşüdova “Əməkdar elm xadimi” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Elm sahəsində nailiyyətlərinə və Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə Məsud Arif oğlu Əfəndiyevə və Qərib Novruz oğlu Mürşüdova “Əməkdar elm xadimi” fəxri adı verilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 aprel 2022-ci il

Sərəncamlar 2022-04-21 16:22:00