BDU-nun gənc tədqiqatçıları elektron mikroskopiyanın əsasları barədə məlumatlandırılıb
Bakı, 21 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşəbbüsü ilə magistrant və gənc tədqiqatçıların ilk seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib. Bildirilib ki, seminarda BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin direktor müavini Zöhrab Ağamalıyev “JEOL JSM7600F SEM-in imkanları və nümunə hazırlığı” mövzusunda çıxış edib. O, gənc tədqiqatçıları elektron mikroskopiyanın əsasları, iş prinsipi və əsas elementləri barədə məlumatlandırıb.
Z.Ağamalıyev BDU-nun Nanoaraşdırmalar Elmi-Tədqiqat Laboratoriyasında quraşdırılan Yaponiya istehsalı olan JEOL JSM7600F elektron mikroskopunun imkanları haqqında məlumat verib, müxtəlif növ nümunələrin tədqiqində qarşıya çıxan problemləri sadalayıb. Laboratoriyada aparılan tədqiqat işlərinin və onların əsasında çəkilən təsvirlərin misalında bu tədqiqat üsulunun geniş imkanlarını göstərib, nümunə hazırlığının düzgün aparılmasının vacibliyindən danışıb.
Sonra iştirakçıların sualları cavablandırılıb.
BDU-nun Texnologiyaların transferi və innovasiyalar şöbəsinin təşkilatçılığı ilə magistrant və gənc tədqiqatçıların seminarları davamlı şəkildə aparılacaq.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib