Hərbçilərimizin Türkiyədə təlimləri davam edir
İstanbul, 20 aprel, AZƏRTAC
Türkiyədə Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə həyata keçirilən “Komando təməl kursları” və “Təxminat təlimləri” davam edir.
AZƏRTAC verir ki, hərbçilərimizin iştirakı ilə keçirilən təlimlər barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tviter hesabında məlumat verilib.
Məlumatda bildirilib ki, Azərbaycan Tapşırıq Qrupu Komandanlığının koordinasiyası ilə davam edən “Komando əsas kursları” və “Təxminat təlimləri” çərçivəsində beş Azərbaycan briqadasında “Uzaq məsafəyə müqavimət yürüşləri” həyata keçirilib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul
Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr təqdim edilib
Müdafiə Nazirliyi: İstifadəyə yararsız döyüş sursatlarının utilizasiyası davam etdirilir