×
A
A
A
Sazlamalar

“Ağıllı linza”lar 2040-cı ildə istehsal ediləcək

Bakı, 20 aprel, AZƏRTAC

Hindistanın “PhoneArena” nəşrinin məlumatına görə, ağıllı linzalar gələcəkdə “Google”, “Samsung”, “Sony” və perspektivli startaplar tərəfindən hazırlanacaq.
AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, mütəxəssislərin fikrincə, “ağıllı linza”lar 2040-cı ildə istehsal ediləcək.
Onların köməyi ilə insanlar tibbi göstəricilər haqqında məlumat ala və toplaya biləcəklər. Beləliklə, ekspertlər “ağıllı linza”ların bazara çıxmasının təxmini vaxtının 20 ildən tez baş verməyəcəyinə inanırlar.
Ümumilikdə isə “Google”, “Samsung” və “Sony”nin ağıllı optika bazarında əsas oyunçular olacağı bildirilir.

 

Bu maraqlıdır 2022-04-20 18:48:00