“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində informatika təmayüllü siniflərin sayı artırılır
Bakı, 18 aprel, AZƏRTAC
2022-2023-cü tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yeni informatika təmayüllü 10-cu siniflərin açılması nəzərdə tutulur.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, informatika təmayüllü siniflərdə keçirilən dərslərin əsas məqsədi şagirdlərin intensiv metodikalarla informatika təmayüllü peşələrə hazırlanmasıdır. Bu siniflərdə informatika fənni həftədə 5 dəfə tədris ediləcək. Dərslərdə şagirdlərə “Python” üzrə alqoritmlər və verilənlər strukturu, oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələrin öyrədilməsi nəzərdə tutulur. Dərslər bu istiqamətlər üzrə təkmilləşdirilmiş, təlim keçmiş müəllimlər tərəfindən keçiriləcək.
İnformatika təmayüllü siniflərdə tədris almağın üstünlüyü informatika fənni üzrə qəbul imtahanlarına şagirdlərin daha hazırlıqlı olması, proqramlaşdırma dilləri üzrə praktiki bacarıqların əldə etmə imkanının olmasıdır.
Qeyd edək ki, cari tədris ilində respublikanın dörd şəhərində 11 məktəbin X siniflərində pilot “İnformatika təmayüllü siniflər”ə start verilib. Hazırda Bakı, Sumqayıt, Gəncə və Mingəçevir üzrə Azərbaycan və rus bölmələrindən olan 316 şagirdi əhatə edir.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib