DQİDK-nın könüllüləri Dinşünaslıq ekspertizası şöbəsinin iş prosesi ilə tanış olublar
Bakı, 16 aprel, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) “Könüllü fəaliyyət” layihəsinin iştirakçıları DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin iş fəaliyyəti ilə tanış olublar.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, DQİDK-nın şöbə müdiri Nahid Məmmədov könüllülərə şöbənin vəzifə öhdəlikləri barədə ətraflı məlumat verərək bildirib ki, Dinşünaslıq ekspertizası birbaşa ictimai maraqları təmin edir. Dövlət Komitəsinin hüquqlarında da dini təyinatlı ədəbiyyatın, əşyaların, dini məzmunlu başqa məlumat materiallarının istehsalına, idxalına və yayılmasına nəzarət etmək, dini qurumların və müvafiq dövlət orqanlarının müraciətlərinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada razılıq vermək kimi səlahiyyətlər təsbit olunur.
Nahid Məmmədov ekspertiza prosesi barədə könüllülərə geniş izah verərək qeyd edib ki, ədəbiyyatlarda dini nifrət və düşmənçiliyə rəvac verən fikirlərin olmaması ekspertiza zamanı nəzərə alınan əsas meyarlardandır. Bildirib ki, təqdim edilən ədəbiyyat insanpərvərlik prinsiplərinə zidd deyilsə, dini nifrət və düşmənçiliyə rəvac verəcək, dinlər və məzhəblərarası münasibətlərə xələl gətirəcək fikirlər yer almırsa, ölkəmizdəki mövcud dini duruma, tolerant və multikultural mühitə mənfi təsir göstərəcək ifadələr əks olunmursa, bu kitabın ölkə ərazisində çapına və yayılmasına heç bir qadağa yoxdur.
N.Məmmədov vətəndaşlarımızın sağlam dini ədəbiyyatla təmin edilməsi ilə yanaşı, piratçılığın, vergi hüquqpozmalarının qarşısını alan, əqli mülkiyyət hüquqlarının qorunmasında da faydalı olan dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məlumat materiallarının nəzarət markaları barədə də könüllüləri maraqlandıran sualları cavablandırıb.
İƏT konfransının iştirakçıları Heydər məscidini ziyarət ediblər
Amil Cavadov: Azərbaycandakı dövlət-din münasibətləri unikallığı ilə dünyada örnəkdir
Telman İsa: Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib
Deputat: Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir