×
A
A
A
Sazlamalar

Brokkoli oynaq xəstəliyi və artriti olan insanlar üçün çox faydalı ola bilər

Bakı, 16 aprel, AZƏRTAC

Alimlər hesab edirlər ki, brokkolinin istehlakı osteoartritin qarşısını almağa və ya onun inkişafını yavaşlatmağa kömək edə bilər.
Artrit ayrıca bir xəstəlik deyil, o çoxsaylı oynaq xəstəliklərini nəzərdə tutur. Dünyada artritin və onunla əlaqəli halların 100-dən artıq növü var. Osteoartrit və revmatoid artrit bu xəstəliyin ən çox yayılan növləridir. Hər halda artrit olduqda bundan sonrakı zədələnmənin qarşısını almaq üçün oynaqlara qayğının göstərilməsi çox vacibdir. Misal üçün, həddindən artıq yüklənməmək lazımdır, ağır yük qaldırmamaq, artıq çəki olduqda bir neçə kilodan azad olmağa səy göstərmək lazımdır.
AZƏRTAC xəbər verir ki, Böyük Britaniya Səhiyyə Xidmətinin (NHS) məlumatına görə oynaq xəstəliyi və artriti olan insanların, həmçinin sağlam balanslaşdırılmış qidalanmaya riayət etmələri çox vacibdir. Bir sıra tədqiqatların məlumatında bildirilir ki, “tərkibində yüksək miqdarda xaççiçəklilər ailəsindən olan tərəvəzlər olan pəhriz ilk növbədə revmatoid artritin inkişafının qarşısını almağa köməklik edir”.
Öz növbəsində, Artrit Fondu (Arthritis Foundation) qeyd edir ki, brokkoli oynaq xəstəliyi olan insanlara çox faydalı ola bilər. “K və C vitaminləri ilə zəngin olan brokkoli, həmçinin osteoartritin qarşısını almağa və ya onun inkişafını yavaşlatmağa qadir olan sulforafan adlı birləşməni ehtiva edir və sümükləri möhkəmləndirən kalsiumla zəngindir. Sıçanlarda aparılan sınaqlar göstərib ki, sulforafanla zəngin olan brokkoli iltihab prosesinin qarşısını alır və osteoartrit olduqda qığırdağın zədələnməsini yavaşlata bilir”, - deyə ekspertlər bildirib.

Sağlamlıq klubu 2022-04-16 18:37:00