Müasir informasiya texnologiyalarının tətbiqi ilə şagirdlərin biliklərinin artırılması yolları müzakirə olunub
Bakı, 15 aprel, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarda “Müasir informasiya texnologiyalarının tətbiqi ilə şagirdlərin fizika və riyaziyyatdan biliklərinin formalaşdırılmasının səmərəliliyinin yüksəldilməsi yolları” mövzusu müzakirə olunub. Müzakirələrdə mövzunun aktuallığı və işlənilmə dərəcəsi, tədqiqatın məqsəd və vəzifələrindən söz açılıb. Bildirib ki, ölkəmizdə maddi əsasların, texniki vasitələrin çatışmazlığı, pedaqoji kadrların hazırlıq səviyyəsinin aşağı olması səbəbindən informasiya texnologiyalarının təhsildə tətbiqi sahəsində bir çox çatışmazlıqlar mövcuddur. Tədqiqat çərçivəsində yuxarı sinif şagirdlərinin riyaziyyat, fizika və informatika fənlərinin öyrənilməsində keyfiyyətin artırılması probleminin həlli, təlimin informasiya texnologiyalarının inkişafının tarixi-pedaqoji təhlilinin aparılması, o cümlədən yuxarı sinif şagirdlərinin riyaziyyat, fizika və informatikadan təlim keyfiyyətlərini təyin edən qiymətləndirmə mexanizminin hazırlanması kimi məsələlərə baxılıb. Dissertasiyanın nəticələri üzrə 21 elmi iş, o cümlədən nüfuzlu elmi jurnallarda 16 məqalə, beynəlxalq və respublika səviyyəli konfrans materiallarında isə 5 tezis çap olunub.
Tədbirdə sıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru akademik Rasim Əliquliyev müasir informasiya-kommunikasiya texnologiyalarının (İKT) yüksək sürətlə inkişaf etdiyini və onun bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də yeni imkanlar yaratdığını vurğulayıb. Akademik bu baxımdan mövzunun son dərəcə aktual olduğunu söyləyib.
R.Əliquliyev dissertasiya işində şagirdlər tərəfindən biliyin mənimsənilməsi və aşkarlanmasının səmərəliliyinin yüksəldilməsi, texnologiyalar vasitəsilə tədrisin keyfiyyətinin yaxşılaşdırılması, mövcud informasiya texnologiyalarının pedoqoji prosesə tətbiqi ilə bağlı əsaslı tədqiqatların aparıldığını diqqətə çatdırıb.
Akademik rəhbərlik etdiyi institutun elmi potensialının daha çox müasir informasiya texnologiyalarının cəlb olunmasına, inkişafına, onun nəzəri əsaslarının işlənilməsinə istiqamətləndiyini qeyd edərək təhsildə İKT-nin tətbiqi istiqamətində tədqiqatların genişləndirilməsinin zəruriliyini vurğulayıb.
Tədbirdə AMEA İnformasiya Texnologiyaları İnstitutunun alim və mütəxəssisləri, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) professor-müəllim heyətindən olan aidiyyəti şəxslər iştirak edib.
Süni intellekt texnologiyalarının iqtisadiyyata transformasiyası problemləri tədqiq olunur
Kvant mexanizmi ilə beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
Kibertəhlükəsizlikdə sıçrayış: yeni şifrələmə sistemi kompüteri casus proqramlarından qoruyur
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib