“Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti” adı uğrunda yarış keçirilir
Bakı, 14 aprel, AZƏRTAC
Quru Qoşunlarının 2022-ci il hazırlıq planına əsasən “Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti” adı uğrunda yarış keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışın keçirilməsində əsas diqqət şəxsi heyətin taktiki-xüsusi, xüsusi hazırlıq və kütləvi qırğın silahlarından qorunma, kimya təminatı tapşırıqlarının yerinə yetirilməsi zamanı cihazlardan, fərdi qorunma vasitələrindən istifadə etmə və sıra fəndlərinin yerinə yetirmə bacarıqlarının təkmilləşdirilməsi, həmçinin hərbi qulluqçuların yüksək fiziki və mənəvi-psixoloji dözümlüyünün tərbiyə edilməsinə yönəldilib.
Dörd mərhələ üzrə keçiriləcək yarışın nəticələrinə əsasən “Ən yaxşı radiasiya, kimyəvi və bioloji mühafizə heyəti” müəyyənləşdiriləcək.
Heydər Əliyev adına Hərbi İnstitutda şəhid zabitin xatirəsi anılıb
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilib
Hərbi attaşelər Hərbi Dəniz Qüvvələrində olublar VİDEO
Müdafiə naziri Gürcüstanda keçirilən hərbi paradda iştirak edib