×
A
A
A
Sazlamalar

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros birinciliyi keçirilib

Bakı, 14 aprel, AZƏRTAC

Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il döyüş hazırlığı planına uyğun olaraq, hərbi qulluqçular arasında hərbiləşdirilmiş kros birinciliyi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müxtəlif qoşun növlərini təmsil edən doqquz komanda birincilik uğrunda mübarizə aparıb.
Hərbi qulluqçular atış, qumbaraatma və üç kilometr məsafəyə kros qaçışı üzrə yarışlarda güclərini sınayıblar.
Komanda hesabında birinci yerdə “Quru Qoşunları” komandası, ikinci yerdə “Hərbi polis” komandası, üçüncü yerdə isə “Təlim və Tədris Mərkəzi” komandası qərarlaşıb.
Fərdi hesabda 1-ci yerə gizir Tural Məmmədov, 2-ci yerə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Emil Mürşüdov, 3-cü yerə isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Rasif Məhərrəmov layiq görülüb.
Yarışın yekununda qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.

Ordu 2022-04-14 17:59:00