×
A
A
A
Sazlamalar

Giləmeyvələr və kələm orqanizmi cavanlaşdıra bilən ən yaxşı qida məhsullarıdır

Bakı, 13 aprel, AZƏRTAC
Ömrün davamlılığını artırmaq və bioloji yaşlanmanın müddətini ləngitmək istəyi Qərb cəmiyyətini düşündürən məsələlərdəndir. Lakin bir çox tədqiqatçılar hesab edirlər ki, təbiət artıq bu sualları cavablandırıb. AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, bu yaxınlarda keçirilən tədqiqat düzgün qida maddələrindən istifadə etməklə pəhrizə riayət edilməsi bioloji saatı üç ildən artıq müddətə geriyə çevirə biləcəyini göstərib.
Müəyyən edilib ki, yarpaqlı göyərti, giləmeyvələr və xaççiçəklər ailəsindən olan tərəvəzlər kimi qida məhsulları DNT-də dəyişikliklərə səbəb olaraq qocalmanı ləngitməyə kömək edə bilər.
“NHS”nin məlumatına görə, 2021-ci ilin tədqiqat işi göstərib ki, qida məhsulları epigenetik prosesləri hədəfləyib ömrün davamlılığını artırır.
Tədqiqat üçün iştirakçıları pəhriz, yuxu, fiziki məşğələlər, əlavə probiotiklər və fitonutriyentlər, eləcə də istirahətlə bağlı tövsiyələri ehtiva edən səkkiz həftəlik proqramla tanış ediblər. Nəzarət nümunəsinə heç bir müdaxilə edilməyib.
Nəticələr göstərib ki, pəhriz və həyat tərzi iştirakçıların bioloji saatlarının üçillik və səkkiz həftəlik dəyişilməsi ilə əlaqəli idi.
Tədqiqatın aparıcı müəllifi Kara Fitscerald qeyd edib: "Qarışıq müdaxilə proqramı DNT-nin metilləşməsi adlanan müəyyən bioloji mexanizminə və xüsusilə də, müəyyən edildiyi kimi, əhəmiyyətli dərəcədə bioloji yaşı proqnozlaşdıran DNT-nin metilləşmə modellərinə təsir etmək üçün işlənib hazırlanıb".

Sağlamlıq klubu 2022-04-13 17:44:00