×
A
A
A
Sazlamalar

Çin tədqiqatçıları qarpız toxumlarının ölçülərinin genetik dəyişkənliyinin əsasını müəyyən ediblər

Bakı, 12 aprel, AZƏRTAC

Çin tədqiqatçıları təbii dəyişkənliyin molekulyar əsasının sistematik tədqiqi bazasında qarpız toxumlarının ölçülərinin genetik dəyişkənliyinin əsasını müəyyən ediblər.
AZƏRTAC “Sinxua” agentliyinə istinadla xəbər verir ki, bu barədə Çin Kənd Təsərrüfatı Elmləri Akademiyası məlumat yayıb.
Toxumların ölçüləri qarpızın vacib aqronomik xüsusiyyətlərindən biridir, qarpızın rüşeym plazmasının ehtiyatlarında fərqlər qarpız toxumlarının ölçülərinin çox fərqli olmasının səbəbi ola bilər. Beləliklə, qarpız toxumlarının təbii dəyişkənliyinin hərtərəfli dərk edilməsi müəyyən ölçüdə növlərin yetişdirilməsi üçün çox vacibdir və müxtəlif növlərin becərmə prosesi haqqında təsəvvür yarada bilər.
“Horticulture Research” jurnalında dərc edilmiş məqalədə deyilir ki, assosiasiyaların tamgenomlu tədqiqatı vasitəsilə alimlər 100 toxumun çəkisi, uzunluğu, eni, qalınlığı, eləcə də 197 qarpız növündə toxumun uzunluğu da daxil olmaqla, toxumların beş xüsusiyyətini tədqiq ediblər.
Tədqiqatçılar müəyyən ediblər ki, toxumların ölçülərinin artması qarpızın becərilməsində vacib xüsusiyyət olub. Citrullus mucosospermus növ qarpızın yeməli toxumları və Citrullus lanatus növ yeməli qarpızın toxumları digər növlərlə müqayisədə daha iri idi.
Tədqiqat, həmçinin göstərib ki, qarpız toxumlarının ölçüsü əsasən 100 toxumun çəkisi, eləcə də toxumların uzunluğu və enliyi ilə müəyyən edilir.
Tədqiqatçıların sözlərinə görə, alınan nəticələr qarpız toxumlarının təbii dəyişkənliyi barədə molekulyar təsəvvür yaradır və molekulyar markerlərdən istifadə etməklə seleksiya üçün dəyərli məlumat verir.

Texnologiya 2022-04-12 17:20:00