Azərbaycan Ordusunun Baş Qərargah rəisi türkiyəli nümayəndə heyəti ilə görüşüb
Bakı, 12 aprel, AZƏRTAC
Aprelin 12-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olunub.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında keçirilən birgə hərbi təlimlərin təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu vurğulanıb.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Qardaş ölkə hərbçiləri ilə birgə təlimlər keçirilib
Azərbaycan Ordusunun hərbi qulluqçusu baş vermiş texniki qəza nəticəsində həlak olub
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
Türkiyənin Milli Müdafiə Universitetində Azərbaycanın hərbi qulluqçularına diplomlar təqdim edilib