Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə səfər edəcək
Bakı, 12 aprel, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 13-16-da Türkiyə Respublikasında səfərdə olacaq.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi aprelin-15-də İstanbulda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Dini Liderlərinin Şurasının ilk – təsis toplantısını keçirməkdir. Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyevin rəhbərliyi ilə keçiriləcək tədbirdə şeyxülislam Allahşükür Paşazadə Şuranın təqdimatı məruzəsi ilə çıxış edəcək.
Türkiyə Respublikasının Diyanət İşləri Başqanlığının dəvəti ilə həyata keçirilən səfər dövründə QMİ sədri Türkiyə Diyanət işləri başqanı Ali Erbaş və türk dövlətlərinin dini liderləri ilə məsləhətləşmələr aparacaq, Ayasofya məscidində Cümə, Əyyub Sultan məscidində Təravih namazlarında birgə iştirak edəcəklər.
İƏT konfransının iştirakçıları Heydər məscidini ziyarət ediblər
Amil Cavadov: Azərbaycandakı dövlət-din münasibətləri unikallığı ilə dünyada örnəkdir
Telman İsa: Azərbaycan dünyanın tolerantlıq və multikulturalizm mərkəzlərindən birinə çevrilib
Deputat: Azərbaycanda milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir