×
A
A
A
Sazlamalar

Limonlu suyun qəbulu viruslu xəstəliklər zamanı effektli vasitədir

Bakı, 11 aprel, AZƏRTAC

Limonlu su içmək müəyyən fayda gətirə bilər, lakin onu acqarına içmək məsləhət görülmür.
AZƏRTAC “MedikForum”a istinadla xəbər verir ki, bu barədə nutrisioloq Natalya Kunskaya bildirir.
Limonlu su içməyin orqanizmə nə verəcəyindən danışan Natalya Kunskaya vurğulayıb ki, limonlu su viruslu xəstəliklərə qarşı mübarizədə kömək edir, kollagenin sintezində, dəmirin, sinkin və digər mineralların mənimsənməsində iştirak edir.
Limonlu suyun qəbulu mədə turşusunun yaranmasını stimullaşdırır, yağın həzm edilməsi üçün vacib olan ödün ifrazını fəallaşdırır.
“Belə suyu yeməkdən 30 dəqiqə əvvəl, gündə 2-3 stəkandan artıq olmamaqla içmək tövsiyə olunur”, - deyə mütəxəssis öz məsləhəti ilə bölüşür.
Ekspert qeyd edib ki, limonlu su tərkibində turşu olan hər hansı içki kimi acqarına qəbul edilməməlidir. Səhər oyandıqda 1-2 stəkan təmiz ilıq su içmək daha məqsədəuyğundur. Bundan başqa N.Kunskaya yemək vaxtı həzm yolunda qida topasını yumşaltmaq məqsədilə bir neçə qurtum su içməklə kifayətlənməyi məsləhət görür.

 

Sağlamlıq klubu 2022-04-11 16:47:00