×
A
A
A
Sazlamalar

Londonda məşhur kitab mağazası “Xocalı” kitabını satışa çıxarıb

Bakı, 9 aprel, AZƏRTAC

London şəhərində Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar “Khojaly” (Xocalı) pyesi kitab şəklində çap edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahova dramaturq Nik Odun pyesinin Xocalı soyqırımından sağ qurtulan şahidlərin acı hekayələri əsasında yazıldığını söyləyib.
Pyesin əsas süjeti Xocalıdakı insanların müharibədən əvvəl, müharibə dövrü və müharibədən sonrakı həyatlarını əhatə edir. Kitab İngiltərənin məşhur “Waterstones” kitab mağazasında satışa çıxarılıb.
Qeyd edək ki, bu il fevralın 26-27-də Londonda fəaliyyət göstərən “Debunk” teatrı Nik Odun “Xocalı” pyesini yerli ictimaiyyətə təqdim edib. Britaniya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı, London Azərbaycan Evinin dəstəyi və Diasporla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Bedford küçəsində yerləşən Müqəddəs Pavel (St.Paul) kilsəsində baş tutan tamaşada rolları britaniyalı aktyorlar və aktrisalar canlandırıblar. Yerli teatr tənqidçiləri tərəfindən yüksək qiymətləndirilən tamaşa 2022-ci il martın 1–5-də Union Teatrında da nümayiş etdirilib.
Bu layihə Debunk Teatrının rəhbəri Sənan Əliyevin təşəbbüsü ilə reallaşdırılıb.
Kitabı aşağıdakı linkdən əldə etmək mümkündür:
https://www.waterstones.com/book/khojaly/nick-awde/9781908755964

Xocalı faciəsi 2022-04-09 12:03:00