×
A
A
A
Sazlamalar

“Efes-2022” təlimdə iştirak edəcək heyətin hazırlığı yoxlanılıb

Bakı, 7 aprel, AZƏRTAC

Müdafiə nazirinin tapşırığına əsasən Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov “Efes-2022” çoxmillətli təlimində iştirak edəcək hərbi qulluqçularım təminat və təchizatı, eləcə də şəxsi heyətin hazırlıq səviyyəsini yoxlayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kontr-admiral S.Bəkirov, həmçinin ölkəmizi təlimdə təmsil edəcək heyətlə görüşərək onlara uğurlar arzulayıb.
Qeyd edək ki, “Efes-2022” çoxmillətli təlimin bu ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçirilməsi planlaşdırılır.



Ordu 2022-04-07 15:41:00