Niderlandda “Xocalıya ədalət!” portalı fəaliyyətə başlayıb
Bakı, 6 aprel, AZƏRTAC
Niderland Krallığındakı “Strichting Together Strong” Assosiasiyasının “Xocalıya ədalət!” beynəlxalq informasiya kampaniyası çərçivəsində yeni layihəsi olan “justiceforkhojaly.nl” saytı fəaliyyətə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, bu barədə məlumat verən Belçika-Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi, “Strichting Together Strong” Assosiasiyanın təsisçisi İlkanə Qoca saytın Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar 2022-ci ilin əvvəlində yaradıldığını söyləyib. Xocalı həqiqətlərini Niderland dilində əks etdirən saytda xalqımıza qarşı törədilmiş digər qətliamlar, soyqırımları və kütləvi məzarlıqlar haqqında da məlumatlar yerləşdiriləcək.
Onun sözlərinə görə, Xocalı qətliamına dair bir neçə istiqamətdə böyük layihə hazırlayan “Strichting Together Strong” Assosiasiyası Niderland Parlamentinin Nümayəndələr Palatasının Xarici İşlər Komissiyası ilə sıx əlaqələr qurub.
“Yerli mütəxəssislərdən məsləhətlər aldıq. “Stichting Together Strong”un layihə çərçivəsində hazırladığı rəsmi məktub bütün icma üzvlərinə, soydaşlarımıza, Niderland Krallığının Nümayəndələr Palatasının Xarici İşlər Komissiyasına göndərilib”, - deyə İlkanə Qoca vurğulayıb.
Assosiasiyanın digər fəaliyyət istiqaməti yazıçı, publisist İradə Əlilinin “Xocalı: şahidlər danışır” kitabının Niderland dilinə tərcüməsi olub. Layihə çərçivəsində kitabın bu ölkənin rəsmi şəxslərinə, deputatlarına, nüfuzlu iş adamlarına və yerli ictimaiyyətə təqdim edilməsi planlaşdırılır. Bu layihə yerli ictimaiyyətdə və Azərbaycan əsilli niderlandlı gənclərdə böyük maraq oyadıb. Hazırda Niderlandda ilk dəfə yerli dildə nəşr olunan Xocalı faciəsi ilə bağlı kitabın təkrar çap olunması və elektron nüsxəsinin ölkədəki onlayn kitabxanaların elektron bazalarında yerləşdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Strichting Together Strong” Assosiasiyası yarandığı gündən Azərbaycan və Qarabağ həqiqətləri, xalqımızın başına gətirilən faciələr haqqında geniş təbliğat işi aparır, faktlarla, zəngin təhlillər əsasında erməni saxtakarlığını, irticaçılığını dünya ictimaiyyətinə təqdim edir.
Bakı Kitab Mərkəzində “Khojaly Scream” kitabının təqdimatı olub
Ombudsman 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
Xocalı soyqırımının 31-ci ildönümü Aktauda silsilə tədbirlərlə qeyd olunub
Fransa portalı Xocalı soyqırımından bəhs edən məqalə yayıb
Gürcüstan mətbuatı Vyanada Xocalı soyqırımı ilə bağlı aksiyadan yazıb