Hərbi qulluqçularımız dəniz yolu ilə düşmənin arxasına sızma və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər VİDEO
Bakı, 6 aprel, AZƏRTAC
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunda şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində görülən işlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Efes-2022” çoxmillətli təlimə hazırlıq mərhələsi çərçivəsində hərbi qulluqçularımız dəniz yolu ilə düşmənin arxasına sızma, sahil xəttinin minalardan təmizlənməsi, şərti düşmənin sahildə yerləşən hərbi obyektinə basqın və terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətləri icra ediblər.
Qeyd edək ki, 2022-ci ilin may-iyun aylarında Türkiyə Respublikasının İzmir şəhərində keçiriləcək “Efes-2022” çoxmillətli təliminin dörd mərhələdə keçirilməsi planlaşdırılır.
Bundan başqa, bu il ərzində hərbi qulluqçularımızın digər müxtəlif beynəlxalq təlim və seminarlarda, o cümlədən konfranslarda iştirakı da nəzərdə tutulub.
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Azərbaycanın müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub
MN: Mövqelərimiz atəşə tutulub
Qazaxıstanlı nümayəndə heyəti ölkəmizdə səfərdədir VİDEO
Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə gizir hazırlığı kursuna qəbul elan edir