×
A
A
A
Sazlamalar

“Süni intellekt və data elmi” təlim proqramına qeydiyyat bu gün yekunlaşır

Bakı, 5 aprel, AZƏRTAC

Təhsil İnstitutu tərəfindən həyata keçiriləcək “Süni intellekt və data elmi” intensiv təlim proqramına qeydiyyat aprelin 5-də başa çatır.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqsəd ölkəmizdə data analitikası sahəsində kadr potensialını artırmaq və əmək bazarının tələblərinə uyğun mütəxəssislər yetişdirməkdir. Layihə çərçivəsində data analitikasına marağı olan tələbələr bu sahənin ekspertləri tərəfindən strukturlu və effektiv şəkildə praktiki təlimlər keçəcək və data elminin əsaslarını dərindən mənimsəyəcəklər.
İngilis dilində tədris olunacaq təlim proqramında iştirak etmək üçün namizədlərdən, həmçinin riyazi biliklərin olması, STEM ixtisaslarında təhsil alması tələb edilir. Proqramlaşdırma biliklərinin olması arzuolunandır. Proqram əsasən bakalavriatura, magistratura tələbələri və yeni məzunlar üçün nəzərdə tutulub. İlkin seçim mərhələsindən uğurla keçən namizədlər seçim imtahanına dəvət olunacaqlar. İştirakçıların seçim prosesinin aprel ayı ərzində yekunlaşdırılması və proqramın aprel ayının sonlarında başlanması nəzərdə tutulur. Proqramla bağlı daha ətraflı məlumat almaq üçün institutun Təhsildə innovasiyalar şöbəsinin elektron poçt vasitəsilə ([email protected]) əlaqə saxlamaq mümkündür.

Texnologiya 2022-04-05 11:31:00