×
A
A
A
Sazlamalar

İmmunoloq: Yağlı balıq və kələmdən istifadə edin, şəkərin miqdarını azaldın

Bakı, 4 aprel, AZƏRTAC

İmmun sistemi sağlamlığımızın ən böyük var-dövlətidir və bizi yalnız infeksiyadan qorumur. Tədqiqatlar göstərir ki, immun sistemi insanın psixi və fiziki sağlamlığının hər bir aspektində mühüm rol oynayır. Qidanın və həyat tərzinin immun sistemi ilə necə qarşılıqlı fəaliyyət göstərməsi anlamında ixtisaslaşan immunoloq Cenna Maççioki öz məsləhətləri ilə bölüşüb.
AZƏRTAC bu barədə tibb mənbələrinə istinadla xəbər verir.
İmmun sistemi infeksiyalara və xəstəliklərə meyilliliyi azaldır, sağalma qabiliyyətini yaxşılaşdırır, arzuedilməz iltihabın və xroniki xəstəliklərin qarşısını alır. D.Maççiokinin sözlərinə görə, yağlı balıq istifadə üçün ən yaxşı məhsullardan biridir.
“Qızılbalığa, alabalığa və dəniz məhsullarına çəhrayı rəng verən qırmızımtıl piqment olan astaksantin çox güclü antioksidanta və iltihabəleyhinə təsirə malikdir. Bu və digər mexanizmlər sayəsində astaksantin immun sistemimizin fəaliyyətini gücləndirə və yaxşılaşdıra bilər”, - deyə immunoloq əlavə edib.
Kələm, manqold (çuğundur növü), ispanaq, rukkola (şüvərən), Brüssel kələmi və cücərmiş brokkoli kimi tünd yaşıl tərəvəzlər qəbul edəcəyimiz məhsullar siyahısının əvvəlində yer almalıdır.
C.Maççiokinin sözlərinə görə, tərəvəzlərin bütün bu növləri A vitamini və maqnezium kimi çoxsaylı faydalı mikroelementlərlə, eləcə də metilləşməni dəstəkləyən vacib qida maddəsi olan fol turşusu ilə zəngindir.
İmmun sistemini dağıdan və xəstəlikləri gücləndirən ərzaqlara gəlincə, Maççiokinin fikrincə, aşağıdakı beş məhsuldan çəkinmək lazımdır: şəkər əlavə edilən ərzaqlar; ultra emal edilən ərzaqlar; tərkibində şəkər olan içkilər; tərkibində yüksək miqdarda doymuş yağlar olan məhsullar və emal edilmiş ət.

 

Sağlamlıq klubu 2022-04-04 13:25:00