Müdafiə Nazirliyi: İstifadəyə yararsız döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyası davam etdirilir
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, döyüş sursatlarının utilizasiya prosesi aprelin 4-dən 9-dək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlıq uğurla inkişaf edir
Müdafiə Nazirliyi “Gizir hazırlığı kursu”na qəbul elan edir VİDEO