×
A
A
A
Sazlamalar

Goranboyda Ramazan ayının başlanması ilə əlaqədar seminar-müşavirə keçirilib

Bakı, 1 aprel, AZƏRTAC

Goranboy rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, QMİ-nin Goranboy rayonu və Naftalan şəhəri üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə əlaqədar seminar-müşavirə baş tutub.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, çıxışlar zamanı QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməzliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Din 2022-04-01 17:57:00