×
A
A
A
Sazlamalar

Haaqada 31 Mart soyqırımı qurbanlarının xatirəsi yad edilib

Haaqa, 1 aprel, AZƏRTAC
Niderland Krallığının Haaqa şəhərində “Azərbaycan-Türk Kültür Dərnəyi”nin təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, “Azərbaycan-Türk Kültür Dərnəyi”nin rəhbəri İlhan Aşkının təşkil etdiyi tədbir Mart soyqırımı, eləcə də Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Şəhidlərimizin ruhuna dualar oxunub və azərbaycanlıların soyqırımına dair film nümayiş olunub.
Azərbaycan Qaçqınlar Cəmiyyətinin və Qərbi Azərbaycan İcmasının Beynəlxalq əlaqələr üzrə sədr müavini, Azərbaycan Dillər Universitetinin filologiya üzrə fəlsəfə doktoru, dosent Həqiqət Hacıyeva çıxış edərək xalqımızın məruz qaldığı soyqırımıdan danışıb. O, 31 Mart soyqırımı, deportasiyalar, eləcə də xalqımızın məruz qaldığı müsibətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib.
Türk-İslam Kültür Cəmiyyətinin sədri Tahsin Cətinqaya, Azərbaycan Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırova, Azərbaycan Qadınlar Klubunun rəhbəri Kəmalə Cəlilova, Avropa Ana Vətən Qadınlar Cəmiyyətinin rəhbəri Mayisə Ağamirzəyeva, CDA partiyasından Betul Sen-Avci və başqaları çıxış edərək xalqımızın tarix boyu məruz qaldığı qırğınlardan danışıblar.

 

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa

31 mart 2022-04-01 14:55:00