×
A
A
A
Sazlamalar

Lənkəran və Hacıqabulda Ramazan ayının başlanması ilə əlaqədar tədbirlər keçirilib

Bakı, 1 aprel, AZƏRTAC

Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsi, Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə qazılığının birgə təşkilatçılığı ilə Ramazan ayının başlanması ilə bağlı tədbir keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbir soyqırımı qurbanlarının və ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına canından keçən şəhidlərimizin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.
Çıxışlar zamanı QMİ-nin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvasına və qanunvericiliyin tələblərinə əməl edilməsinin vacibliyi vurğulanıb. Azanların QMİ-nin təqviminə uyğun verilməsinin zəruriliyi qeyd edilib. Eyni zamanda, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadənin yolverilməzliyi diqqətə çatdırılıb.
Hacıqabul rayonunda da Ramazan ayınının başlanması ilə əlaqədar tədbir keçirilib. DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov Ramazan ayının başlanması münasibətilə görüş iştirakçılarını təbrik edib, ölkəmizdə mövcud olan dövlət-din münasibətlərindən bəhs edib. S.Xəlilov bir çox müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da Ramazan ayının xüsusi şəkildə qeyd edildiyini vurğulayaraq DQİDK-nın bu istiqamətdə həyata keçirəcəyi tədbirlərdən danışıb.

Din 2022-04-01 13:47:00