×
A
A
A
Sazlamalar

Küveyt qəzetində Azərbaycanlıların Soyqırımı Günü barədə məqalə dərc olunub

Qahirə, 1 aprel, AZƏRTAC

Küveytin “Əl Vəsat” qəzetində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci il martın sonu və apreldə daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycanın Bakı, Quba, Şamaxı, Naxçıvan və digər şəhərlərində törətdikləri qırğınlar barədə ətraflı məlumat yer alıb. Küveyt ictimaiyyətinin diqqətinə çatdırılıb ki, müsəlman olduqları üçün etnik təmizləməyə məruz qalan azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər olub və bu siyasət sovet hakimiyyətinin süqutundan sonra da davam etdirilib. Belə ki, ermənilər ötən əsrin 90-cı illərində əsrin ən dəhşətli cinayəti olan Xocalı soyqırımını, başqa ağır cinayətləri törədiblər.
Məqalədə ermənilərin törətdikləri soyqırımı sənədlər və tarixi faktların dili ilə oxuculara çatdırılıb. Yazıda vurğulanıb ki, erməni quldur dəstələri çar Rusiyası zamanı – 1905-ci və 1917-ci illərdə də Bakıda və digər şəhərlərdə qırğınlar törədib, sovet hakimiyyəti illərində də azərbaycanlılara qarşı düşmənçiliyi davam etdiriblər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Qan yaddaşı 2022-04-01 13:41:00