×
A
A
A
Sazlamalar

UNEC: “Başla” startap yarışmasının məlumatlandırma tədbirlərinə start verilib

Bakı, 1 aprel, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Başla” startap yarışmasının məlumatlandırma xarakterli tədbirlərinə start verilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, Karyera Mərkəzinin direktoru Sənan Həsənov layihənin tələbələr üçün yaratdığı imkanlardan, öz startaplarını necə inkişaf etdirə biləcəklərindən və startapların hazırkı dövr üçün aktuallığından bəhs edib. Eyni zamanda, layihə çərçivəsində görüləcək işlər barədə ətraflı məlumat verib.
Rəqəmsal iqtisadiyyat fakültəsinin dekanı Elman Cəfərov layihənin tələbələr arasında böyük marağa səbəb olduğunu diqqət çatdıraraq, onların iş dünyasına inteqrasiyası üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Sonda tələbələrin yarışma ilə bağlı sualları cavablandırılıb.

Texnologiya 2022-04-01 11:44:00