×
A
A
A
Sazlamalar

Füzulidə 31 Mart soyqırımı qurbanlarının əziz xatirəsi yad olunub

Füzuli, 1 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Füzuli rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımı qurbanlarının 104-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, N saylı hərbi hissənin şəxsi heyəti, YAP Füzuli rayon təşkilatının sədri, idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Horadiz şəhərində yerləşən 31 Mart Soyqırımı Abidə Kompleksini ziyarət edib, önünə qərənfil dəstələri düzüblər.

Regionlar 2022-04-01 05:37:00