×
A
A
A
Sazlamalar

Sumqayıtda din xadimlərinə Ramazan ayının başlaması ilə bağlı tapşırıq və tövsiyələr verilib

Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Sumqayıt şəhərində Ramazan ayının başlaması ilə bağlı tədbir keçirilib.
AZƏRTAC Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) saytına istinadla xəbər verir ki, çıxışlar zamanı dövlətin dini sahəyə, din xadimlərinə diqqət və qayğı göstərdiyi vurğulanıb. Eyni zamanda, Ramazan ayı ilə bağlı qarşıda duran vəzifələr tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Dini icma sədrlərinə və din xadimlərinə tapşırıq və tövsiyələr verilib. Ramazan ayı ilə əlaqədar tədbirlərin Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub.

Din 2022-03-31 18:27:00