×
A
A
A
Sazlamalar

İsmayıllıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

İsmayıllı, 31 mart, AZƏRTAC

İsmayıllıda 31 Mart soyqırımı qurbanlarının xatirəsi rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirakı ilə anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, müxtəlif nəslin nümayəndələri Soyqırımı abidəsini, 1918-ci ildə erməni daşnaklarına qarşı döyüşlərdə şəhid olan və Hacıhətəmli kənd qəbiristanlığında dəfn edilən türk əsgərinin məzarını ziyarət ediblər.
Daha sonra Göyçay rayonunun Bığır kəndi ərazisində ermənilərə qarşı döyüşlərdə şəhid olan türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə də ziyarət olunub.

Regionlar 2022-03-31 18:15:00