×
A
A
A
Sazlamalar

Moldovanın nüfuzlu KİV-ləri 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra məqalələr dərc edib

Kişineu, 31 mart, AZƏRTAC

Moldovanın nüfuzlu KİV-ləri 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bir sıra məqalələr dərc edib.
AZƏRTAC xəbər verir ki, “TV8” xəbər portallarında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəsmi instaqram səhifəsində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşımı dərc edilib.
Məqalədə Birinci vitse-prezidentin paylaşımına istinadla deyilir: “Azərbaycan xalqı günahsız soydaşlarımızın qətlə yetirildiyi faciələri heç zaman unutmayacaq! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunma cəhdlərindən hər zaman qoruyacağıq. 1918-ci ilin mart ayında azərbaycanlılara qarşı törədilmiş soyqırımı qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
“NOİ” xəbər portalında isə Azərbaycanın Xarici İşlər Nazirliyinin 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatının mətni dərc edilib. Bundan başqa “Tribuna” xəbər portalında isə AZƏRTAC-ın soyqırımı ilə bağlı məqaləsi yayımlanıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Siyasət 2022-03-31 16:17:00