×
A
A
A
Sazlamalar

UNEC-də master-klas: Biz iş axtarmırıq, iş yeri açırıq

Bakı, 31 mart, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2021/2022-ci tədris ilinin “İnformasiya texnologiyaları ili” elan edilməsi ilə bağlı tədbirlər planının icrası məqsədilə Rəqəmsal iqtisadiyyat fakültəsində master-klas keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, fakültənin dekanı dosent Elman Cəfərov universitetdə 2021/2022-ci tədris ilinin “İnformasiya texnologiyaları ili” elan edilməsi barədə iştirakçılara məlumat verib.
Sonra “TransEuroCom” MMC-nin baş direktoru, texnika elmləri namizədi Qismət İbrahimov tələbələrə “Biz iş axtarmırıq, iş yeri açırıq” mövzusunda master-klas keçib. O, İKT-nin əsaslarının yaranma tarixi və informasiya mübadiləsi üçün geniş istifadə olunan şəbəkələrin iş prinsipləri, informasiya ötürücülüyü, həmçinin ayrı-ayrı obyektlərdə İKT sahəsində son nəsil GPON və EPON texnologiyalarının strukturu, xüsusiyyətləri və istifadəsinə dair tətbiq nümunələri haqqında məlumat verib.
Görüş zamanı tələbələrin sualları da cavablandırılıb.

Texnologiya 2022-03-31 15:34:00