×
A
A
A
Sazlamalar

YAP Səbail rayon təşkilatında 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 31 mart, AZƏRTAC

Tarixdə elə hadisələr olur ki, onunla bağlı mütəmadi, ardıcıl danışmaq, başvermə səbəblərini daha ətraflı öyrənmək lazımdır. Bunlar ona görə vacibdir ki, gənc nəsil, cəmiyyətimizin gələcək nümayəndələri o hadisələrdən nəticə çıxarsınlar və həyatımızdakı oxşar faciələrin təkrarlanmasına imkan verməsinlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri 31 Mart - Dünya Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədar YAP Səbail rayon təşkilatında keçirilən anım tədbirində təşkilatın sədri Muxtar Nağıyev bildirib.
O diqqət çatdırıb ki, 1918-ci ildə, süquta uğramış çarizmin xarabalıqları üzərində qurulacaq yeni dövlətlərin perspektivində Azərbaycanı həzm edə bilməyən, bolşeviklərin planları ilə qurulmuş Bakı Sovetinin daşnak təfəkkürlü rəhbərliyin iradəsi ilə törədilən qırğınlar soyqırımı idi. Bakıda, sonra isə Quba, Lənkəran və Şamaxıda həyata keçirilən soyqırımı aktlarında 30 mindən çox azərbaycanlının amansızcasına qətlə yetirildiyini qeyd edən Muxtar Nağıyev bu qətliamın milli və dini mənsubiyyətinə görə törədildiyini diqqətə çatdırıb.
YAP rayon təşkilatının sədri xalqımızın yaşadığı o dəhşətli hadisələrə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini tədbir iştirakçılarına xatırladıb. 1918-ci il və ondan sonra erməni millətçiliyindən qidalanan oxşar faciələrin beynəlxalq səviyyədə tanınması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı dövlət siyasətinin əsas tərkib hissəsidir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə beynəlxalq miqyasda uğurla aparılan "Xocalıya ədalət!" kampaniyasının həmin siyasətin tərkib hissəsi olduğunu deyən YAP Səbail rayon təşkilatının sədri 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbənin də həmin dövlət siyasətinin real nəticəsi kimi təqdim edib.
Sonra tarix üzrə fəlsəfə doktoru, dosent Mübariz Ağalarlı “31 Marta aparan yol” mövzusunda məruzə ilə çıxış edib, auditoriyanın suallarını cavablandırıb.

31 mart 2022-03-31 15:15:00