Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də İkinci Şəhidlər xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, Aprel döyüşlərinin şəhidi polkovnik-leytenant Murad Mirzəyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində Müdafiə Nazirliyinin və Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Mərasimdə çıxış edənlər Murad Mirzəyevin şərəfli həyat və xidmət yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrindən danışıblar.
Qeyd olunub ki, şəhid zabitin göstərdiyi rəşadət Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
Qardaş ölkə hərbçiləri ilə birgə təlimlər keçirilib
Azərbaycan Ordusunun hərbi qulluqçusu baş vermiş texniki qəza nəticəsində həlak olub
Müdafiə Nazirliyində xidməti müşavirə keçirilib
Türkiyənin Milli Müdafiə Universitetində Azərbaycanın hərbi qulluqçularına diplomlar təqdim edilib