×
A
A
A
Sazlamalar

Sahibə Qafarova: 1918-ci il mart soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı qanlı cinayətdir

Bakı, 31 mart, AZƏRTAC
Milli Məclisin sədri Sahibə Qafarova 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar özünün feysbuk səhifəsində paylaşım edib.
AZƏRTAC xəbər verir ki, S.Qafarova paylaşımında bildirib: “1918-ci il mart soyqırımı yalnız azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə və insanlığa qarşı qanlı cinayətdir. İllər keçsə də Azərbaycan xalqı bu vəhşilikləri, etnik təmizləməni, terror və soyqırımı aktlarını unutmayacaq. Soyqırımı qurbanlarının əziz xatirəsini ehtiramla yad edirik.
Allah rəhmət eləsin!”.

31 mart 2022-03-31 14:50:00