Ombudsman Aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrində olublar
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı arasında 2022-ci il üçün birgə tədbirlər planına əsasən, Ombudsman Aparatının nümayəndələri Hərbi Dəniz Qüvvələrinin (HDQ) “N” hərbi hissəsini ziyarət ediblər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qonaqlar hərbi hissədə şəxsi heyət üçün yaradılan sosial-məişət şəraiti ilə tanış olub, gəmilər, matros yataqxanası, yeməkxana, tibb məntəqəsi, qərargah binası və digər obyektlərə baş çəkiblər.
Daha sonra şəxsi heyətlə görüşən Ombudsman Aparatının nümayəndələri insan hüquqları, o cümlədən hərbi qulluqçuların hüquqlarının müdafiəsi ilə bağlı mühazirələr oxuyaraq şəxsi heyəti maraqlandıran sualları cavablandırıblar.
Azərbaycanın müdafiə naziri ilə ABŞ müdafiə katibinin müavini arasında telefon danışığı olub
MN: Mövqelərimiz atəşə tutulub
Qazaxıstanlı nümayəndə heyəti ölkəmizdə səfərdədir VİDEO
Müdafiə Nazirliyi orta ixtisas təhsili pilləsinə gizir hazırlığı kursuna qəbul elan edir
Hərbi qulluqçular bayram münasibətilə uşaq evlərini ziyarət ediblər