×
A
A
A
Sazlamalar

Erməni millətçilərinin törətdikləri faciələr xalqımızın qan yaddaşında dərin izlər buraxıb

Qax, 31 mart, Mustafa Dadaşov, AZƏRTAC

1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, soyqırımına məruz qalması XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biridir. Soyqırımı qurbanlarının xatirəsi Qax rayonunda da ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Qax şəhərindəki Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda həlak olmuş igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Toplantıda vurğulanıb ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Erməni millətçilərinin törətdikləri vəhşiliklər, zorakılıqlar, faciələr xalqımızın qan yaddaşında dərin izlər buraxıb və heç vaxt yaddaşlardan silinməyəcək.

 

 

Regionlar 2022-03-31 12:17:00